Gecə yuxusunun bölünməməsi sağlam həyat tərzi üçün böyük önəm daşıyır

Gecə yuxusunun bölünməməsi sağlam həyat tərzi üçün böyük önəm daşıyır

Hazırda oxunan: Gecə yuxusunun bölünməməsi sağlam həyat tərzi üçün böyük önəm daşıyır

16738

Bizim.Media xəbər verir ki, bunu fizioloq, professor Levent Öztürk açıqlayıb. Onun sözlərinə görə, nizamlı yuxu sağlamlığa əhəmiyyətli təsir göstərir. Professor deyib ki, standart bir yuxu vaxtı yoxdur, yuxu müddəti insandan-insana dəyişir.

Aparılan araşdırmalar əksəriyyət üçün gündə 7-8 saatlıq yuxunun kifayət olduğunu göstərir.

Həkim qeyd edib ki, yuxu bioloji olaraq sağlamlıq üçün çox vacibdir. Araşdırmalara görə, insanların 8 faizi 5 saatdan az yatır, onlara qısa yatanlar deyilir:

“Uzun yatanlar da var, 10 saatdan az yatanda bəzi problemləri olur. Onlar cəmiyyətin 2 faizini təşkil edir. Bu, genetik olaraq təyin olunmuş bir şey olduğundan, yuxu vaxtını öz əlimizlə dəyişmək, yaxşılaşdırmaq kimi bir şey yoxdur. Bioloji olaraq, nə qədər yuxu vaxtına ehtiyac varsa, o müddətdə yatmalıyıq".

Onun sözlərinə görə, yuxu homogen bir proses deyil, yuxunun hər mərhələsinin fərqli funksiyaları var:

"İnsan yatdıqdan sonra bütöv bir şəkildə yatmalıdır".

Yatağa girəndən sonar yuxuya getmək və dərin yuxu dövrünün başladığını deyən mütəxəssis bildirib ki, dərin yuxudan təxminən 100 dəqiqə sonra REM dediyimiz yuxularla əlaqəli ilk dövrə giririk:

"Bu müddət bir neçə dəqiqə çəkir. Sonra yenidən dərin yuxuya giririk. Müəyyən bir müddətdən sonra ikinci REM dövrünə giririk. Bu müddət birinci dövrdən bir az daha uzundur. Sonra dərin yuxu azalır və REM-lər daha uzun çəkir. Gecə ilk dəfə yatdıqda, beyin əvvəlcə özünü dincəltməyə xidmət edən dərin yuxunu yatır, sonra da beyninin oyanıqlıq qədər aktiv çalışdığı REM yuxusunu yerinə yetirir.

Yuxunun hər dövrü fərqli mərhələlərdən ibarətdir. Yetkin bir şəxs yatdıqdan sonra bütöv bir şəkildə yatmalıdır. Yuxunun qırılmaması lazımdır. Bir 6 saatlıq yuxu ilə və iki 3 saatlıq yuxu bir-birinə bərabər deyil.

Çünki 3 və ya 4 saat yatandan sonra oyandıqda, yenidən yatdıqda yuxu prosesini yenidən yaşamalı olursunuz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO