Türkmənistan ermənilərə qaz verəcək? – İranlı nazirdən ŞOK BƏYANAT

Hazırda oxunan: Türkmənistan ermənilərə qaz verəcək? – İranlı nazirdən ŞOK BƏYANAT

75755

İran Ermənistanla iqtisadi əlaqələrini günbəgün genişləndirir. Bu azmış kimi rəsmi Tehran Ermənistanın enerji təhlükəsizliyindəki payını da durmadan artırır.

Bizim.Media “Şəbistan” agentliyinə istinadən xəbər verir ki, İranın neft naziri Cavad Ouci bu günlərdə Ermənistanın Regional idarəetmə və infrastruktur naziri ilə görüşüb. Görüşdə əsas müzakirə obyekti Ermənistanın enerji təhlükəsizliyi məsələsi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa nə üçün Rusiya qazı asılılığından azad ola bilmir? – Amerikada yaşayan ekspert səbəbləri açıqladı - ÖZƏL


Bəllidir ki, İran Ermənistana hər il çox böyük həcmdə təbii qaz ötürür. Lakin, ötürülən qaz Ermənistanın ehtiyaclarını tam ödəmir. Öna görə də son görüşdə hər iki ölkə rəsmisi ermənilərin ehtiyaclarının tam şəkildə ödəmək üçün alternativ variantları müzakirə edib.

Bu məsələnin həlli üçün İran qaz şəbəkəsinin Türkmənistandan qaz mübadiləsinə başlamaq və ermənilərə qaz ixracını artırmağa hazır olduğu bildirilib.

İranlı nazir əminliklə bəyan edib ki, “Türkmənistandan İran vasitəsilə Ermənistana qaz mübadiləsi ilə bağlı artıq danışıqlar başlayıb və biz bu ölkənin qaz kəmərləri şəbəkəsinin yüksək ötürmə qabiliyyətinə görə tezliklə yaxşı nəticələr əldə edəcəyik”.

Qeyd etmək lazımdır Ermənistan İranın əsas iqtisadi-siyasi tərəfdaşlarından biridir. Və iqtisadi-siyasi əlaqələr günbəgün genişlənir.

Hazırda İran və Ermənistan arasındakı son ticarət əlaqələrinin həcmi 500 milyon dolları ötüb. Bu və digər layihələr hesabına iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin həcminin ən qısa zamanda 1.2 milyard dollara qədər artırılması hədəf kimi götürülüb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO