İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Hazırda oxunan: İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

610972

İraq Prezidenti Nizar Abidi Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin İraqdakı səfiri Eldar Səlimov təqdim edib.
 

Görüşdə, həmçinin Azərbaycan və İraq dövlətləri arasındakı əlaqələr və onların möhkəmləndirilməsi, eləcə də son beynəlxalq və regional məsələlər müzakirə olunub. Səfir E.Səlimov Nizar Abidinin İraq Prezidenti seçilməsi münasibətilə Azərbaycanın dövlət başçısının təbrik məktubunu təqdim edib.


Təbrikə görə minnətdarlığını ifadə edən Nizar Abidi ölkəmizin həm pandemiya (COVID-19) dövründə İraqa etdiyi yardıma, həm də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO