Paşinyanın həbs etdirdiyi iş adamı istintaq təcridxanasından evə BURAXILDI - VİDEO

Paşinyanın həbs etdirdiyi iş adamı istintaq təcridxanasından evə BURAXILDI - VİDEO

Hazırda oxunan: Paşinyanın həbs etdirdiyi iş adamı istintaq təcridxanasından evə BURAXILDI - VİDEO

591403

Yanvarın 16-da “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan Antikorrupsiya Məhkəməsinin qərarı ilə xəstəxanadan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə gətirilmişdi. Məhkəmə bununla da 2025-ci ilin sonunda aşağı instansiya məhkəməsinin çıxardığı ev dustaqlığı qərarını ləğv etmişdi.

Lakin yanvarın 17-də Ermənistanın Antikorrupsiya Məhkəməsi Karapetyan barəsində ev dustaqlığının müddətinin uzadılması barədə qərar qəbul edib.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bazar günü iş adamının evinin qarşısına toplaşan tərəfdarlarına məhkəmə qərarına əsasən Karapetyana yaxınlaşmağın və onunla danışmağın qadağan edildiyi bildirilib.

Polis avtomobili ilə gətirilən Karapetyanı toplaşanlar alqışlarla və “Samvel”, “Samvel” şüarları ilə qarşılayıblar.

İş adamı və xeyriyyəçi Samvel Karapetyan 2025-ci ilin iyununda Ermənistan Apostol Kilsəsini hakimiyyətlə ruhanilər arasında yaranmış münaqişə fonunda açıq şəkildə dəstəklədikdən sonra həbs edilmişdi. Karapetyan özünü təqsirli bilmədiyini, baş verənləri hökumətin siyasi təzyiqi adlandırmışdı. Onun Kilsəyə dəstək bəyanatından sonra Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə ruhanilərə və xeyriyyəçilərə qarşı bir sıra təhqiramiz paylaşımlar etmiş, bu isə cəmiyyətdə geniş rezonans doğurmuşdu.

Daha sonra iş adamına qarşı yeni ittihamlar irəli sürülüb — Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri üzrə: vəzifə və ya xidməti səlahiyyətlərdən, yaxud onlardan irəli gələn nüfuzdan istifadə etməklə xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO