Hava daşımaları ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ – FƏRMAN

Hava daşımaları ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ – FƏRMAN

Hazırda oxunan: Hava daşımaları ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ – FƏRMAN
599673
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ı təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
 

Qaydalar "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" ölkə Prezidentinin 12 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı"na (bundan sonra – Dövlət Proqramı), habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq hazırlanmışdır və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.


Qaydalarla tənzimlənməyən məsələlər "Aviasiya haqqında" qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyanın 9 nömrəli Əlavəsi – "Rəsmiyyətin sadələşdirilməsi" sənədi ilə müəyyən edilmiş ICAO-nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO