Paşinyan Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qalib gəldi

Hazırda oxunan: Paşinyan Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qalib gəldi

55970

“Baş nazir Nikol Paşinyanın hüquqları 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra pozulub”.

Bizim.Media “armeniasputnik.am” nəşrinə istinadən xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Paşinyanın Ermənistana qarşı işi üzrə analoji qərar qəbul edib.

İş ərizəçinin 2008-ci il prezident seçkilərindən sonra baş vermiş etiraz hərəkatında iştirakına görə məhkum edilməsinə aiddir.

AİHM Konvensiyasının 11-ci (Sərbəst toplaşmaq və birləşmək azadlığı) və 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələrinin pozulduğu barədə qərar verib. Baş nazir maddi təzminat tələbi ilə çıxış etməyib.

Qeyd edək ki, 2008-ci ildə Paşinyan prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub.

2008-ci il martın 1-2-də İrəvanda baş verən iğtişaşlardan sonra o, axtarışa verilib. 2009-cu ildə o, hakimiyyətə təslim olub. 2010-cu ilin yanvarında iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
 

Daha sonra məhkəmə müddəti iki dəfə azaldıb və 2011-ci ilin mayında Paşinyan Ermənistanın müstəqilliyinin 20-ci ildönümü şərəfinə amnistiyaya əsasən azadlığa buraxılıb.


2010-2011-ci illərdə AİHM-ə müraciətində Paşinyan 2008-ci il hadisələri ilə bağlı mühakimə olunmasının siyasi çıxışları, müxalifət fəaliyyəti ilə bağlı olduğunu və onun müxalif siyasi fəaliyyətini qadağan etmək məqsədi daşıdığını təkid edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO