Qarabağda işğal siyasəti niyə çökdü? – Erməni analitik səbəbini açıqladı

Hazırda oxunan: Qarabağda işğal siyasəti niyə çökdü? – Erməni analitik səbəbini açıqladı

52622

“Ermənistan siyasəti müharibədən sonrakı nizamlanmanın labüdlüyünü addım-addım qəbul etsə də, millətçi ideologiyanın tərəfdarları hələ də İkinci Qarabağ müharibəsinin nəticələrini yenidən düşünməyə və özünü separatçı elan edən rejimin süqutuna görə məsuliyyət daşıyanları tapmağa çalışırlar. Erməni qisasçıları hələ də Azərbaycan ərazilərinin yenidən işğalı ilə bağlı açıqlamalar verirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Vestnik Kavkaza” nəşrində erməni analitik Robert Qazaryan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan xəbərləri radiosunun (Lratvakan Radio 106.5 FM) efirində istefada olan erməni hərbçi, polkovnik Artur Aleksanyan (Amarasi Artur) Birinci Qarabağ müharibəsində erməni hərbçilərinin Azərbaycan şəhərlərini - Laçın, Kəlbəcər, Ağdamı necə yandırıb talan etməsindən danışıb. 

“Bütün şəhərlərin, o cümlədən Ağdamın dağıdılması haqqında ingilis jurnalisti Tomas de Vaal “Qara bağ” kitabında yazıb.

Üç onillikdən sonra psevdopatriotlar və digər radikal millətçilər işğal dövrünü və guya işğal olunmuş Azərbaycan rayonlarının resursları hesabına gücləndirilə bilən Ermənistan iqtisadiyyatı üçün “qaçırılmış imkanları” həsrətlə xatırlayırlar. Tanınmamış işğal rejiminin əldən verdiyi imkanlardan danışan erməni demaqoqlarının ritorikasını ciddi qəbul etmək çətindir.

Ağdamın dağıdılması, Füzulinin, Cəbrayılın və bir çox başqa yaşayış məntəqələrinin xarabalığa çevrilməsi erməni siyasətçilərinin işğal olunmuş torpaqların sərvətlərini mənimsəyə bilməməsindən xəbər verir. 
İşğal olunmuş Azərbaycan rayonları hərbi əməliyyatlar nəticəsində zərər görməsə də, əhalinin sayının azalması səbəbindən onların Ermənistanın nəzarəti altında olan taleyi uğurlu ola bilməzdi. İşğal siyasəti işğal olunmuş ərazilərdə erməni və azərbaycanlı icmalarının bərabər yaşayışını nəzərdə tutmurdu və guya Azərbaycan vətəndaşlarına qondarma “DQR”in tərkibində yaşamaq hüququnun verilməsinə hazır olması ilə bağlı siyasi bəyanatlara ciddi yanaşmaq çətin idi.

Maraqlıdır ki, Qarabağın işğalı ayrı-ayrı etnik qrupları birləşdirməyə hesablanmış ümumerməni birliyinin gurultulu şüarları ilə müşayiət olunurdu.

Separatizm ideoloqları hesab edirdilər ki, keçmiş Ermənistan SSR-də, Suriya, Misir, İran, Qərbi Avropa və Amerikada yaşayan ermənilər işğal olunmuş torpaqlara axışacaqlar. Ancaq çox az adam həll olunmamış münaqişə zonasında məskunlaşmaq istəyirdi. “DQR” regionu öz əmtəəliyinə çevirən separatçıların cib layihəsi olaraq qaldı, sonra isə Ermənistan siyasətinin yüksəkliklərinə soxulmağa qərar verdi.

Ermənistanın özündən miqrasiyanı dayandıra bilməyərək azərbaycanlıların öz torpaqlarından didərgin salınması, həmçinin diasporun illər boyu ölkəni dəstəkləyəcəyinə dair boş ümidlər millətçilik siyasətinin puçluğunu ortaya qoydu.
Multikulturalizm və beynəlmiləlçilik ideyaları uzun müddət öz yerini separatizm siyasətinə verdi. Ölkə üçün dağıdıcı millətçi siyasət yürüdən insanlar onu qibtə olunmaz vəziyyətə gətirdilər.

Erməni millətçilərinin siyasi alver predmetinə çevirməyə çalışdıqları separatçı qurumu dünyada heç kim, o cümlədən Ermənistanın özü də tanımayıb.

İndi Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayırdı və ona görə də Qarabağda hakimiyyət tamamilə erməni ola bilməz. “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı qətnamə qəbul etdi, Azərbaycanın suverenliyini, sərhədlərin toxunulmazlığını tanıdı” deyə Paşinyan xatırlayır.

Və indi, BMT Təhlükəsizlik Şurası yenidən məsələni müzakirəyə çıxaranda Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olacaq”, deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO