Türkiyə mənşəli malların idxalı ilə bağlı PAŞİNYANA məktub yazdılar

Hazırda oxunan: Türkiyə mənşəli malların idxalı ilə bağlı PAŞİNYANA məktub yazdılar

48695

Ermənistan hökuməti türk mənşəli malların respublikaya idxalına qoyulan qadağanın müddətini uzatmalıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Mantaşov adına Sahibkarlar İttifaqı, Restauratorlar Assosiasiyası və Qabaqcıl Texnologiyalar Müəssisələri İttifaqının baş nazir Nikol Paşinyana və Ermənistan Nazirlər Kabinetinə ünvanladığı açıq məktubda deyilir:

“Biz Ermənistan hökumətinin türk mənşəli malların respublikaya idxalına qoyulan qadağanı bir neçə səbəbə görə ən azı daha 5 il uzatmasını zəruri hesab edirik.

Türkiyə mənşəli mal idxal edən şirkətlər Ermənistan bazarını tərk etdikdən sonra bir çox sahələrdə erməni istehsalçıları istehsallarını artıraraq yeni iş yerləri açaraq bazarın tələbatını ödəməyə çalışırlar.

Odur ki, bu məqamda Türkiyə mallarının idxalına icazə verilərsə, türk mallarının istehsalçıları və idxalçıları yenidən Ermənistan bazarına qayıtmaq üçün addımlar atacaqlar ki, bu da yeni yaradılmış və ya yeni sərmayə qoyan erməni şirkətlərini çətin vəziyyətə salacaq.

Üstəlik, hesab edirik ki, Türkiyə mənşəli malların idxalına və istehlakına əlavə məhdudiyyətlər tətbiq edilməlidir. Beləliklə, Türkiyə mənşəli malların idxalına qoyulan qadağanın daha təsirli olması üçün gömrük qadağası ilə yanaşı, satış qadağasının da tətbiqini təklif edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO