“Saakaşvilinin fiziki ləğvinə hazırlaşırlar” – ŞOK İDDİA

Hazırda oxunan: “Saakaşvilinin fiziki ləğvinə hazırlaşırlar” – ŞOK İDDİA

42996

İndiki hakimiyyət sabiq prezident Mixeil Saakaşvilini xəstəxanada ləğv etmək niyyətindədir və yaxın gələcəkdə onu Rustavi həbsxanasından köçürəcəklər. 

Bizim.Media xəbər verir ki, bu iddia ilə Saakaşvilinin vəkili, müxalif “Mtavari Arxi” telekanalının baş direktoru Nika Qvaramiya çıxış edib.

"Bizdə olan məlumata görə, Saakaşvilinin xəstəxanaya köçürülməsindən sonra hakimiyyət orada məhbusların iğtişaşını imitasiya edəcək və nəticədə siyasətçi öldürüləcək”, deyə o, bazar günü qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili həbsxanadan məktub yazdı: “Səsinizi eşidirəm” - VİDEO


Qvaramiya bildirib ki, “bunun üçün xəstəxanaya artıq xüsusi məhbus yerləşdirilib, bununla o, məşğul olacaq”.

Vəkil Gürcüstanın Ombudsmanı Nino Lomcariyanı Saakaşvili ətrafında vəziyyətə nəzarət etməyə çağırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO