“Bu, mübahisəsiz bir faktdır, artıq Ermənistan adlı dövlətimiz yoxdur” – Partiyanın sədr müavini

Hazırda oxunan: “Bu, mübahisəsiz bir faktdır, artıq Ermənistan adlı dövlətimiz yoxdur” – Partiyanın sədr müavini

42023

“Bu, mübahisəsiz bir faktdır, artıq Ermənistan adlı dövlətimiz yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün Facebook səhifəsində yazıb.

“Ermənistan sadəcə bir əlifba sırası olan ritual detaldır, Argentina və Avstraliya arasında latın əlifbası ilə BMT-yə üzv olan ölkələrin siyahısında yer alan siyasi anlaşılmazlıqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan İrana hörmətsizlik: “Bu axmağın hərəkəti bağışlanmazdır” 


Dövlətimizin olmaması təkcə kapitulyatorun (Paşinyanı nəzərdə tutur) günahı üzündən baş verməyib. Səbəbi daha dərindir. Dövlətlər millətlər tərəfindən yaradılır. Ermənistan Respublikası yoxdur, çünki erməni milləti də yoxdur.

Bu gün 29.000 kv. km-də yaşayan erməni əhalisi bioloji populyasiyadır. Populyasiyanın isə dövləti ola bilməz, ən yaxşı halda  arealdır.

Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, etnoqrafik bir növdür. Belə templə getsə, tezliklə Qırmızı Kitabda yer alacaq. Bizdə dövləti yaradan  insanlar sadəcə yoxa çıxıb”, deyə Aşotyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO