“Türkiyə-Azərbaycan tandemi Göyçə gölünün sahilində çay içməyə çalışır” – Erməni diplomat

Hazırda oxunan: “Türkiyə-Azərbaycan tandemi Göyçə gölünün sahilində çay içməyə çalışır” – Erməni diplomat

37982

“Vətənimiz bədbəxtdir. Bir neçə gün əvvəl Türkiyə, Pakistan və Azərbaycan Bakıda hərbi təlimlər keçirdi və bu gün təlimlər Naxçıvana köçürüldü. Aydındır ki, Qarabağ və Ermənistan hədəfdədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın siyasi və dövlət xadimi, diplomat Ruben Akopyan özünün Facebook səhifəsində yazıb.

"Ermənistan dünyadan təcrid olunub, faktiki olaraq subyektivliyini itirib və siyasi və hərbi toxunulmazlığını ləğv edib. Türkiyə-Azərbaycan tandemi açıq şəkildə Ermənistanın cənubunu şimaldan "ayırmağa", İrəvanı geri qaytarmağa və Göyçə gölünün sahilində çay içməyə çalışır”.

Onun fikrincə, İlham Əliyev Ermənistan ali hakimiyyətinin nümayəndələrinə Qarabağa getməyi qadağan edib və bu dəyərsiz şəxslər məsələyə "anlayışla" yanaşıblar:

“Ərdoğan bir nömrəli erməni "hökmdarının" gizli görüş üçün müraciətini rədd etdi və informasiyanı məxfilikdən çıxartdı, nəticədə diplomatik protokolun yazılmamış qaydaları ilə onu açıq şəkildə alçaltdı”.

Diplomat hesab edir ki, bu gün dünya miqyaslı ümumerməni “təlxəyi” təmtəraqlı bayrama hazırlaşır:

“O, 5 min nəfəri o dünyaya göndərdi, yüzlərlə basdırılmamış meyit qalıqları, geri qaytarılmayan əsirlərimiz var. Düşmən indi də onları təhqir edir”. 

“Kapitulyator-monstr, məsuliyyətdən qaçmayacaqsan”, deyə o, fikirlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO