Paşinyan qərar verdi: “Nazirlər məni ayaq üstə qarşılasın!” – VİDEO 

Hazırda oxunan: Paşinyan qərar verdi: “Nazirlər məni ayaq üstə qarşılasın!” – VİDEO 

26108

Ölkənin ilk şəxsi zala daxil olanda iştirak edənlərin ayağa qalxması düzgündür və bunun diktatura ilə heç bir əlaqəsi yoxdur.  

Bizim.Media xəbər verir ki, bu fikirləri cümə axşamı jurnalistlərə Ermənistanın ətraf mühit naziri vəzifəsini icra edən Romanos Petrosyan hökumətin iclasında geniş rezonans doğuran hadisəni şərh edərkən səsləndirib.  

Hökumətin iclası başlamazdan əvvəl baş nazir ofisinin protokol şöbəsinin müdiri Vaqe Akopyan toplanan kabinet üzvlərinə hökumət başçısının səlahiyyətlərini icra edən Nikol Paşinyanı ayaq üstə salamlamağın zəruriliyini bildirib. 

"Bunun diktatura ilə heç bir əlaqəsi yoxdur. Dövlətin 1-ci şəxsi zala daxil olduqda, onu ayaq üstə qarşılasalar düzgün olardı" deyən Petrosyan Paşinyanın bəhs etdiyi diktaturanın qüvvəyə minib-minmədiyi sualına cavab verib. 

“Bu göstəriş əvvəllər niyə verilmirdi?” sualına Petrosyan əvvəllər "məxməri idi, indi poladdır" cavabını verib. 

Xatırladaq ki, hökumət iclaslarının videoyazılarının monitorinqi göstərir ki, baş naziri ayaq üstə salamlamaq ənənəsi əvvəllər müşahidə olunmurdu. Bu, həm Nikol Paşinyan, həm də Karen Karapetyan və Serj Sarkisyanın baş nazir vəzifəsində çalışdığı dövrlə əlaqədardır. 

Serj Sarkisyan prezident olduğu dövrdə Nazirlər Kabinetinin üzvləri onu hökumət iclaslarına rəhbərlik etdiyi zaman ayağa qalxaraq qarşılayıblar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO