Ermənistan Qərbin təhlükəli planlarının alətinə çevrilir - Zaxarova

Hazırda oxunan: Ermənistan Qərbin təhlükəli planlarının alətinə çevrilir - Zaxarova

184548

Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir.

Bizim.Media xəbər verir ki, bu barədə özünün “Telegram” kanalında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova yazıb.

Onun sözlərinə görə, Vaşinqtonda, Brüsseldə və İrəvanda özlərini elə göstərirlər ki, aprelin 5-də gözlənilən yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşünün niyə bir çoxlarında “narahatlığa” səbəb olmasına təəccüb edirlər:

"İddia edirlər ki, sanki o, heç bir üçüncü tərəfə qarşı yönəlməyib”.

Diplomatın fikrincə, belə hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri Rusiyanın tərəfdaşlarına açıq şəkildə deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşıdır. 

“Belə görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha çox müdaxilə etmək, orada yeni bölücü xətlər yaratmaq, ölkələri regionun anti-Rusiya gündəmini izləməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək məqsədi daşıyır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Zaxarova əlavə edib ki, rəsmi İrəvanın nədən söhbət getdiyini başa düşmədiyini iddia etməsi böyük sual doğurur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO