Rus sərhədçiləri gedir - Ermənistan hərbi xidmətə qəbul elan etdi

Hazırda oxunan: Rus sərhədçiləri gedir - Ermənistan hərbi xidmətə qəbul elan etdi

184539

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları İrəvanın “Zvarnots” hava limanında hərbi xidmətə qəbul elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Bununla yanaşı, ölkənin Gürcüstanla sərhəddə “Baqrataşen” və digər nəzarət-buraxılış məntəqələrində xidmət üçün qəbul elan edilib. 
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl mətbuat konfransında bildirib ki, erməni sərhədçilər avqustun 1-dən etibarən “Zvarnots” hava limanında xidmətə başlayacaqlar. Dünən isə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Zvarnots” aeroportundan rusiyalı sərhədçilərin çıxarılması məsələsinin artıq həll olunduğunu açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO