Ermənistanda XAOS – “Hakimiyyət çevrilişi QAÇILMAZDIR”

Hazırda oxunan: Ermənistanda XAOS – “Hakimiyyət çevrilişi QAÇILMAZDIR”

184391

Ermənistanda mövcud olan hərc-mərclik halları son günlər yüksələn xətlə inkişaf etməyə başlayıb. 

Belə ki, martın 21-də Ermənistanın paytaxtı İrəvan şəhərinin Proşyan küçəsində ABŞ vətəndaşına qarşı silahlı hücum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda məmurlar HƏBS EDİLİB 


Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, gündüz saatlarında naməlum şəxs əcnəbiyə yaxınlaşaraq pnevmatik tapança ilə onun başına zərbələr endirib, çantasını oğurlayıb və hadisə yerindən qaçıb. 

Martın 24-də isə İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər. Hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb. Hücum nəticəsində yaralananların olduğu bildirilir. Silahlı şəxslərin “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olduğu güman edilir. 

Yaranmış durum onu deməyə əsas verir ki, Ermənistan növbəti xaos, hərc-mərclik dövrünə qədəm qoyur. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənsitanda yaşanan növbəti xaos kənar müdaxilələrlə bağlıdır: 

“Ermənistanda vəziyyət çox kövrəkdir. Paşinyanın başı Qərblə oyunlara qarışıb. Paşinyan Qərb institutlarına verdiyi öhdəliklərlə məşğul olduğu bir zamanda, ölkə daxilindəki proseslər onun üçün bir o qədər də ürəkaçan şəkildə inkişaf etmir. Ermənistanda hakimiyyət dəyişikliyinə dəlalət edən göstəricilər həmişə mövcuddur. Bu göstəricilər də kənar müdaxilələrlə bağlıdır. Paşinyanın böyük həvəslə Qərbə doğru addımlaması fonunda Moskvanın da ona münasibətdə xəbərdarlıqları intensivləşir. Təsadüfi deyil ki, Rusiya XİN-in sözçüsü Zaxarova son zamanlar dəfələrlə İrəvana xəbərdarlıq mesajları ünvanlayıb”. 

Ekspert qeyd edir ki, vaxtilə Paşinyanın Serj Sarkisyanı devirməsi ssenarisi indi onun özünə qarşı təkrarlanır: 

“Düşünürəm ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ssenarisi artıq hazırdır. Anti-Paşinyan qüvvələri səfərbər edilib və onlar xüsusi siqnal gözləyirlər. Bu mənada polis idarəsinə və Amerika vətəndaşına olan hücumlar heç də təsadüfdən irəli gəlməyib. Bu olaylar bir məqsədə, hakimiyyət dirəklərini laxlatmaq və çevriliş həyata keçirməyə xidmət edir. Bu artıq qaçılmaz prosesə çevrilir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO