Moskva-İrəvan reysi ilə uçan təyyarədə bomba HƏYƏCANI – FOTO 

Hazırda oxunan: Moskva-İrəvan reysi ilə uçan təyyarədə bomba HƏYƏCANI – FOTO 

184107

Moskvanın Şeremetyevo hava limanında bomba həyəcanı yaşanıb. 

Bizim.Media Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, Moskva-İrəvan reysi ilə uçan təyyarədə qadın sərnişin telefonunda bomba olduğunu bildirib. 

Dərhal təyyarədən çıxarılan 56 yaşlı Yanina Voloşina adlı sərnişin daha sonra bomba zarafatı etdiyini söyləyib.  

Belə ki, qadın mobil cihazında yaranmış nasazlığa görə təyyarə bələdçilərinə müraciət edib. Onlar telefonu düzəltməyə çalışarkən qadın "Bəlkə içində bomba var?" deyərək zarafat edib. 
Lakin təyyarə bələdçisi sərnişinin özünü qəribə apardığını və həddən artıq həyəcanlı olduğunu düşünüb. Nəticədə uçuş gecikib və polis çağırılıb. Amma qadının baqajında və ya telefonunda təhlükəli heç nə tapılmayıb. Bunda sonra qadın sərbəst buraxılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO