Rusiya cüdoçuları dünya çempionatına buraxılmayacaq

Rusiya cüdoçuları dünya çempionatına buraxılmayacaq

Hazırda oxunan: Rusiya cüdoçuları dünya çempionatına buraxılmayacaq

94840

Cüdo üzrə Rusiya milli komandasının Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirakına icazə verilməyəcəyi dəqiqləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Cüdo Federasiyasının prezidenti Vasili Anisimov TASS-a açıqlama verib.

O, mundiala qatılmayacaqlarını təsdiqləyib: "Beynəlxalq Olimpiya Komitəsinin qərarı təkcə Rusiyanın cüdo komandasına deyil, bütün idmançılarına şamil edilir".

Qeyd edək ki, Daşkənddəki dünya çempionatı 6 - 12 oktyabrda olacaq. Daha əvvəl Ukrayna Cüdo Federasiyası Rusiya idmançılarına icazə veriləcəyi halda dünya çempionatını boykot edəcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO