Xalq artisti və həyat yoldaşı qəzada həlak oldu

Xalq artisti və həyat yoldaşı qəzada həlak oldu

Hazırda oxunan: Xalq artisti və həyat yoldaşı qəzada həlak oldu

67152

Başqırdıstanın Xalq artisti Faim Əhmədyanov həyat yoldaşı ilə birlikdə avtomobil qəzasında həlak olub.

Bizim.Media xəbər verir ki, aktyor və həyat yoldaşı yaxın qohumlarından birinin hüzr mərasimində iştirak etmək üçün yola çıxıblar.

Yol-nəqliyyat hadisəsi Ufa-İnzer yolunda  baş verib. F.Əhmədyanovun idarə etdiyi avtomobil, qarşıdan gələn yük maşını ilə toqquşub. Aldıqları xəsarət nəticəsində 57 yaşlı Xalq artisti və həyat yoldaşı yerindəcə keçinib.
Qeyd edək ki, F.Əhmədyanovun həyat yoldaşı müəllimə olub. Ailənin iki övladı qalıb. 

Ülviyyə Həsənqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO