Bu ölkədə ilk COVID-19 peyvəndi 96 yaşlı qadına vuruldu

Bu ölkədə ilk COVID-19 peyvəndi 96 yaşlı qadına vuruldu

Hazırda oxunan: Bu ölkədə ilk COVID-19 peyvəndi 96 yaşlı qadına vuruldu

6560

Bu gün İspaniyada COVID-19-a qarşı peyvəndlərin vurulmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, peyvəndin vurulması dövlət televiziyası TVE tərəfindən canlı yayımlanıb. İlk peyvənd qocalar evinin 96 yaşlı sakininə vurulub.

Peyvənd vurulan Araceli Rosario Hidalgo Sanchez 1924-cü ildə anadan olub və 2013-cü ildən bəri Guadalajaradaki Olmos qocalar evində yaşayır. Onun bir qızı, bir oğlu, dörd nəvəsi var.

O, peyvənddən sonra bunları bildirib:

"Çox yaxşı, təşəkkürlər. Gəlin görək virusun getdiyinə əmin ola biləcəyikmi?". (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO