“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Hazırda oxunan: “Bunu deyən valideynlər yalan danışır"
597083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Övladlarımın kaprizləri var. Amma onların xasiyyətlərində özümü gördüyüm üçün susuram. Buna görə də çox üstlərinə getmirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Full şou”da deyib. 

O, övladına telefon vermədiyini deyən valideynləri yalançı adlandırıb:

“Həm də övladlarımın 13-15 yaşları var. Bu yaşda onların yanında başqa uşağı tərifləmək olmaz. Valideyn öz uşağının yanında başqasını tərifləməməlidir. 
 

Kiminsə uşağı ilə öz övladını müqayisə etmək düzgün deyil. Belə şey etmək olmaz. Övladdır, Allah verib, çalış ki, səhvini düzəldəsən. Yoxsa uşaqla mübahisə aparmaq, mübarizə etmək, nəyisə zorla diqtə etmək düzgün deyil. Zaman o deyil. Həyat tərzi dəyişib. 


Biz uşaq olanda oyuncaqlarımız yox idi. Onların oyuncaqları isə telefon, noutbukdur. Bütün uşaqlarda da var, mümkün deyil ki, verməyəsən. Hansı valideyn ki, "Övladıma telefon vermirəm" deyirsə, gözünün içinə qədər yalan danışır. Sadəcə bunu sözdə deyir".

Qeyd edək ki, İ.Bağırovun üç övladı var. Onlardan ikisi əkizdir. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO