"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"

"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"

Hazırda oxunan: "Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"
591657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real"ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının "Monako" ilə oyunu ərəfəsində komandanın ulduz futbolçusu Vinisius Juniordan danışıb.

Bizim.Media xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran mütəxəssis braziliyalı vingerin tənqidlərə rəğmən əsas heyətdəki yeri və əvəzlənməsi ehtimalı barədə qəti mövqe nümayiş etdirib:
 

"O, hazır olduğu və indiki səviyyədə oynadığı müddətcə meydanda olacaq. Vinisius fantastik və müstəsna futbolçudur. "Real"ın məşqçisi kimi, əgər qələbə qazanmaq şansımın olmasını istəyirəmsə, o mənə lazımdır. Vinisiusun meydanda olmasına ehtiyacım var".


Xatırladaq ki, Xabi Alonsonun istefasından sonra azarkeşlər komandadakı enişə və qeyri-sağlam mühitə görə Vinisiusu günahlandırırdılar.

Cari mövsümdə "kral klubu"nun heyətində 29 oyuna çıxan 25 yaşlı hücumçu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO