Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO

Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO

Hazırda oxunan: Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO
591159
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbul şəhəri Baş prokurorunun müavini Can Tuncayın rəhbərlik etdiyi prokuror və hakimlərdən ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Bizim.Media xəbər verir ki, səfərin məqsədi prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, institusional təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində qonaqlar Bakı şəhər prokurorluğunda olublar.

Nümayəndə heyətinə "Elektron Prokurorluq" İnformasiya Sisteminin fəaliyyəti, sistem çərçivəsində tətbiq edilən müasir rəqəmsal həllər, elektron xidmətlər, vətəndaş müraciətlərinin operativ, şəffaf və effektiv şəkildə icrasına imkan verən mexanizmlər barədə geniş təqdimat keçirilib.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşüb. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması vurğulanıb, bu münasibətlərin hüquq-mühafizə orqanları, xüsusilə prokurorluq qurumları arasında əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlverişli şərait yaratdığı bildirilib.

Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO - foto 1
Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO - foto 2
Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO - foto 3
Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO - foto 4
Türkiyə prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏDİR - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO