Dəhşətli hadisə: Yaşlı kişi öz evini partlatdı - SƏBƏB

Dəhşətli hadisə: Yaşlı kişi öz evini partlatdı - SƏBƏB

Hazırda oxunan: Dəhşətli hadisə: Yaşlı kişi öz evini partlatdı - SƏBƏB
585812
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün öncə Kerman əyalətində qeyri-adi və təhlükəli hadisə baş verib.

Bizim.Media “Didban-e” saytına istinadən xəbər verir ki, Fəryab şəhərindən 15 kilometr aralıda yerləşən kəndlərin birində yaşlı kişi oğulları ilə mübahisədən sonra evini qəsdən partladıb.

Məlumata görə, 38 və 40 yaşlı iki qardaş atalarını qocalar evinə yerləşdirmək istədiklərinə görə onunla mübahisə edib və qocanı evdə kilidləyərək polis bölməsinə müraciət ediblər. Polislər məsələni araşdırmaq üçün iki qardaşla birlikdə evə gediblər.

Bu müddətdə qoca kişi oğullarından qisas almaq məqsədi ilə qazı açaraq evi qazla doldurub və zirzəmidə gizlənib. Polislər və oğullar evə daxil olan kimi güclü partlayış baş verib. Hadisə nəticəsində iki polis və qocanın oğulları müxtəlif dərəcəli xəsarətlər alıblar. Yanğın zamanı polis əməkdaşları yaşlı kişini evin içində taparaq xilas ediblər.

Dəhşətli hadisə: Yaşlı kişi öz evini partlatdı - SƏBƏB - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO