Bu şəxslər 21 qanunsuz silah saxlayırmış - Polis aşkarladı və...

Bu şəxslər 21 qanunsuz silah saxlayırmış - Polis aşkarladı və...

Hazırda oxunan: Bu şəxslər 21 qanunsuz silah saxlayırmış - Polis aşkarladı və...

50499

Hüquq-mühafizə orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, dekabrın 11-də və 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 21 ədəd ov tüfəngi götürülüb.

Profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı dörd ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.

Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO