Türkiyənin Ərzurum şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 15:40-da qeydə alındığını açıqlayıb.
Zəlzələ yerin 6,94 kilometr dərinliyində baş verib. Yeraltı təkanların mərkəzi Ərzurumun Körpüköy rayonudur.
Ərzurum valisi Okay Memiş bildirib ki, zəlzələ nəticəsində ölən yoxdur. İlkin məlumata görə, bir neçə kənddə evlərə ciddi ziyan dəyib.
Bizim.Media