Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.
Bizim.Media xəbər verir ki, seminarda beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan verilib.
Nəticədə Azərbaycanlı hakim Akif Tahirov beynəlxalq dərəcəli hakim adına layiq görülüb.
Namizədlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.
Hakimimiz Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:25 / 05.07.2021
Azərbaycanlı beynəlxalq hakim adına layiq görüldü - FOTO
Hazırda oxunan: Azərbaycanlı beynəlxalq hakim adına layiq görüldü - FOTO
Hazırda oxunan: Azərbaycanlı beynəlxalq hakim adına layiq görüldü - FOTO
27365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.