İbrahimoviç özü barədə filmi təqdim etdi - VİDEO 

İbrahimoviç özü barədə filmi təqdim etdi - VİDEO 

Hazırda oxunan: İbrahimoviç özü barədə filmi təqdim etdi - VİDEO 

26590

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç özü barədə filmin treylerini təqdim edib. 

Bizim.Media xəbər verir ki, "Mən Zlatanam" adlı əsər sentyabrda efirə çıxacaq. Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər. 

Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç "Malmö"sünün (1999 - 2001) yetirməsidir.

O, daha sonra Niderlandın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" komandalarında oynayıb. 2001 - 2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm "Milan"a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AVRO-2020-ni buraxmalı olub. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO