AVRO-2020: Bu gün İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı oynayacaq

AVRO-2020: Bu gün İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı oynayacaq

Hazırda oxunan: AVRO-2020: Bu gün İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı oynayacaq

26484

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, qarşılaşmalar Danimarka və Rumıniyada olacaq. 

Günün ilk matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki "Parken" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək. 

Günün son matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki "Milli Arena"da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibi 1/4 finalda rəqib olacaqlar. 

28 iyun 

Avropa çempionatı 

1/8 final mərhələsi 

20:00. Xorvatiya - İspaniya 

Baş hakim: Cüneyt Çakır (Türkiyə) 

Kopenhagen, "Parken" stadionu 

23:00. Fransa - İsveçrə 

Baş hakim: Fernando Rapallini (Argentina) 

Buxarest, "Milli Arena" stadionu 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO