Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Nigar Rəsulbəyovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Bizim.Media "Report"a istinadən xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Nigar Rəsulbəyovanın uzun illər müxtəlif instansiya məhkəmələrində çalışdığını, 2007-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb. Onun peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb. Nigar Rəsulbəyovanın bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə əminlik ifadə olunub.
Nigar Rəsulbəyova da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda Nigar Rəsulbəyova "Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı" ilə təltif olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:30 / 12.07.2025
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova İŞDƏN ÇIXARILDI
Hazırda oxunan: Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova İŞDƏN ÇIXARILDI
Hazırda oxunan: Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova İŞDƏN ÇIXARILDI
259515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.