"Salam Ictimai Radio, Mənim adım Orxandır.
Hal-hazırda mən, Nurlan, Elçin və Pərviz Şuşadayıq. Sizi buradan salamlayırıq.
Xalqımız narahat olmasın daim onların keşiyində durmağa hazırıq. Sağolun dəstəyiniz üçün biz sizi hər zaman dinləyirik.
Azercell şirkəti də sağolsun ki, tez bir zamanda gəldi bura, internet şəbəkəsinə qoşula bildik, ailələrimizlə, əzizlərimizlə əlaqə saxlaya bildik."
Qeyd edək ki, Işğaldan azad edilmiş ərazilərimizdə artıq mobil provayderlərimiz fəaliyyət göstərir.
Bizim.Media xəbər verir ki, həmçinin yerli radio dalğalarımız olan "Media FM 105.5", "Ictimai Radio" artıq Şuşada eşidilir, və əsgərlərimiz sevərək qulaq asırlar.
Bizim.Media