Katolik kilsəsinin yeni rəhbəri Papa XIV Lev Vatikanda kardinallara etdiyi ilk müraciətində süni intellekti müasir dövrün əsas problemlərindən biri kimi qiymətləndirib. O, texnologiyaların insan ləyaqəti, ədalət və əməyin qorunması sahəsində yeni çağırışlar yaratdığını bildirib və süni intellektin inkişafını XIX əsrin sənaye inqilabı ilə müqayisə edib.
Bizim.Media xəbər verir ki, əvvəllər ABŞ-dan olan kardinal Robert Prevo kimi tanınan Papa XIV Lev, öz ad seçimində Papa XIII Leva istinad etdiyini söyləyib.
Qeyd edək ki, Papa XIII Lev 1891-ci ildə "Rerum Novarum" ensiklikasında fəhlə hüquqlarını müdafiə etmişdi.
"Bu gün Kilsə süni intellekt və yeni sənaye inqilabına cavab olaraq sosial təlimini təqdim edir", – deyə çıxışı zamanı qeyd edib.
Papa süni intellektin sürətli inkişafının iş yerlərinə və etik məsələlərə təhlükə yaratdığını vurğulayıb. Papa XIV Lev sələfi Fransisk kimi Kilsəni bu dəyişikliklərə ənənələrə və mənəvi prinsiplərə əsaslanaraq fəal şəkildə reaksiya verməyə çağırıb. (Baku.ws)
Bizim.Media