İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!
244848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son dövrlərdə dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə illik faiz dərəcələri stabil qalsa da, bankların daxili resursları hesabına təqdim etdiyi ipoteka kreditlərinin faizləri artır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd olunub.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov Bizim.Media-ya danışıb. O, deyib ki, burada söhbət məhz bankların öz vəsaiti hesabına verilən ipoteka kreditlərdən gedir:

“Lakin dövlət xəttilə olan ipoteka kreditlərində qiymətlərdə dəyişiklik yoxdur, sabitdir.  Məlum olduğu kimi, son zamanlar əmanət faizləri artıb. Digər tərəfdən isə ölkədə kredit riskləri çoxalıb. Bu isə təbii olaraq banklar üçün əlavə xərclərə yol açır. Banklar da xərcləri qarşılamaq üçün faizləri artırırlar”,- o, deyib.

Ekspertin fikrincə, bankların kredit siyasətinə təsir edən amillərdən biri də insanlarda devalvasiya gözləntisidir.

“Bəzi insanlar banklara ipoteka üçün müraciət edib, pulu dollara çevirirlər. Beləliklə kreditə təlabat artır və faizlər çoxalır”,- deyə Ə.Həsənov fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO