Göyçay rayon prokurorluğu mayın 9-da Bığır kəndində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, həmin gün saat 07 radələrində sözügedən ünvanda yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Bacısı qızını boğub öldürdü, ana komaya düşdü – Göyçaydakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
İstintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 06 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq aparılır.
Bizim.Media