Türkiyə klubu Emin Mahmudova təklif göndərdi

Türkiyə klubu Emin Mahmudova təklif göndərdi

Hazırda oxunan: Türkiyə klubu Emin Mahmudova təklif göndərdi

144393

"Neftçi"nin yeni müqavilə təklifini qəbul etməyən Emin Mahmudov karyerasını Türkiyədə davam etdirə bilər.  

Bizim.Media xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xidmətində I Liqada mübarizə aparan "Eyüpspor" maraqlıdır. Bu barədə jurnalist Nazım Türknas məlumat yayıb.  

Super Liqaya çıxmağı hədəfləyən İstanbul təmsilçisi iddialı heyət qurmağı planlaşdırır. Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" Azərbaycan milli komandasının kapitanına rəsmi təklif göndərib.  

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. Təcrübəli yarımmüdafiəçi son mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 45 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO