Küçəyə atılan 5 yaşlı Nərgizin bacısı və qardaşı da sığınacağa yerləşdiriləcək

Küçəyə atılan 5 yaşlı Nərgizin bacısı və qardaşı da sığınacağa yerləşdiriləcək

Hazırda oxunan: Küçəyə atılan 5 yaşlı Nərgizin bacısı və qardaşı da sığınacağa yerləşdiriləcək

13735

Bakıda anası tərəfindən küçəyə atılan 5 yaşlı Nərgizin kiçik bacısı və qardaşı da bu gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağına yerləşdiriləcək. 

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə azyaşlıların sığınacağa yerləşdirilməsini ata istəyib:

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 4 yaşlı qız küçəyə atıldı - FOTO


“Nərgiz 5, bacısı 4, qardaşı isə 1 yaş yarımlıqdır. 3 uşağın həm atası, həm də anası var. Nərgiz bizə qəbul ediləndə çox baxımsız vəziyyətdə olub. Uşaqların sığınacağa yerləşdirilməsinə səbəb valideyn məsuliyyətsizliyidir.

Bildirirlər ki, ana ruhi problemləri olan biridir. Amma bu, heç kimə əsas vermir ki, uşaqları bu vəziyyətə gətirsin. Ata ilə danışılıb və uşaqların sığınacağımıza yerləşdirilməsini elə o, istəyib”.

Xatırladaq ki, iki gün əvvəl Bakının Xətai rayon ərazisində anası tərəfindən küçəyə buraxılan 5 yaşlı Nərgiz tapılıb.

Uşaq Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağına gətirilib. Uşaqla söhbət zamanı məlum olub ki, onu anası həmin ərazidə qoyub, gedib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO