Qaxda dəhşətli hadisə – 17 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib - FOTO

Qaxda dəhşətli hadisə – 17 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib - FOTO

Hazırda oxunan: Qaxda dəhşətli hadisə – 17 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib - FOTO

102900

Qaxda 17 yaşlı qız kirayə yaşadığı mənzildə naməlum şəraitdə qətlə yetirilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə barədə məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq qətlin baş verdiyi ünvana göndərilib.

İlkin araşdırmalarla məlum olub ki, Cavanşır Rəhimov küçəsi, ev 5 ünvanında  kirayə yaşayan 17 yaşlı Albina Papiaşvilini naməlum şəxs və ya şəxslər bıcaqlayaraq qətlə yetirib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO