Türkiyədəki hücumlardan sonra İŞİD niyə səssiz qalır?

Türkiyədəki hücumlardan sonra İŞİD niyə səssiz qalır?

Hazırda oxunan: TürkiyÉ™dÉ™ki hücumlardan sonra İŞİD niyÉ™ sÉ™ssiz qalır?

101280
Ankarada 100 nəfərin həyatını itirdiyi, Türkiyə tarixinin ən qanlı hücumunun üzərindən təxminən bir həftə keçib.

10 oktyabrda Sülh Mitinqi üçün Ankarada toplananlara edilən iki intihar hücumunda hökumət İraq Şam İslam Dövləti (İŞİD) ilə əlaqənin siqnalını verərkən, təşkilat bir dəfə daha hücumları üzərinə götürməyib.

Bir dəfə daha deyirik, çünki 7 iyun seçkiləri öncəsi Xalqların Demokratik Partiyasının (HDP) Diyarbakır mitinqində partlayan bombanı qoyduğu iddia edilən şübhəlinin də, Suruçda intihar hücumu reallaşdıran adamın da İŞİD ilə əlaqəli olduğu açıqlanmışdı.

Ancaq bu iki hadisədən sonra da İŞİD-dən hücumları boynuna götürmək açıqlaması gəlməyib.

Tunisdən Yəmənə, Misirdən Banqladeşə qədər bir çox ölkədə vətəndaşlara və ya hərbi hədəflərə edilən hücumlara imzasını atan və bunu ictimaiyyətə eşitdirən, hücum videolarını nəşr və ya şərh edən İŞİD niyə Türkiyədə etdiyi iddia edilən hücumları boynuna götürmür? Analitiklər, təhlükəsizlik mütəxəssisləri və təşkilatı yaxından təqib edən jurnalistlər bir-birindən fərqli ehtimallara işarə edir.


İŞİD digər ölkələrdəki hücumlarını boynuna götürürmü?

 Ankara hücumundan sonra aÄŸrılı ailÉ™lÉ™r itirdiklÉ™ri yaxınlarını torpaÄŸa verib.

London mÉ™rkÉ™zli düşüncÉ™ quruluÅŸu Chatham HousedÉ™ Yaxın Şərq MütÉ™xÉ™ssisi olan Tim Eaton, İŞİD-in yaxın ÅŸÉ™rqdÉ™ Livandan MisirÉ™, SÉ™udiyyÉ™ Æx8frÉ™bistanından KüveytÉ™ qÉ™dÉ™r bir çox ölkÉ™dÉ™ki hücumlarını boynuna götürdüyünü söylÉ™yir.

Cihadçı təşkilatların isə ümumi mənada siyasi faydasına görə bəzən hərəkətlərini boynuna götürdüklərini bəzən isə götürmədiklərini ifadə edir.

TürkiyÉ™dÉ™ isÉ™ İŞİD-in baÅŸ verÉ™nlÉ™ri boynuna götürmÉ™mÉ™sini, Eaton "Æx8fgÉ™r Ankara hücumunu İŞİD-in etdiyini fÉ™rz etsÉ™k, hücumu boynuna götürmÉ™mÉ™sini strateji xüsuslarla açıqlaya bilÉ™rik. Ankara hücumunda olduÄŸu kimi É™vvÉ™lcÉ™ kürd qrupları hÉ™dÉ™f alması, TürkiyÉ™ içindÉ™ki gÉ™rginliyi qızışdırmaq mÉ™nasını gÉ™lir" deyir.

Eaton ortaya çıxan vəziyyəti belə yekunlaşdırır:
"Kürd liderlər dövləti, kürd vətəndaşlarını qoruyamamaqla tənqid edərkən, hökumətin hücumda cinayət ortağı olduğunu müdafiə edirlər. İŞİD isə, Türkiyə dövləti ilə PKK arasındakı qarşıdurmanı qızışdıraraq, PKK-nın Suriyada özləriylə döyüşən Kürdlərdən çox Türkiyədəki hadisələrə fokuslanmasını ümid edə bilər" deyir.

"İŞİD, Türk və Kürd cəmiyyətini bir-birinə salmağa çalışır"

Vaşinqtondakı Voodrov Vilson Mərkəzi adlı düşüncə quruluşunun Yaxın Şərq Proqramı Direktoru Prof. Henri Barkey də Voice of Amerikaya verdiyi açıqlamada İŞİD-in hücumları boynuna götürməsini gözləmədiyi görüşünü paylaşır bunu etmənin onların "lehinə olmayacağını" ifadə edir.

Barkey, "Hər kəs bilir bunu İŞİD-in etdiyini, amma açıqlıq gətirməyərək həm öz mesajlarını vermiş olurlar, həm də eyni zamanda istədiklərinə çatırlar. Burada etməyə çalışdıqları şey, Türkiyədə Türk və Kürd cəmiyyətini bir-birlərinə salmağa çalışırlar. Bunda da müvəffəqiyyətli olurlar" deyir.
'İŞİD boynuna götürüb niyə Türkiyəni üzərinə çəkmək istəsin? "
 Bu qiymÉ™tlÉ™ndirmÉ™yÉ™ qatılan bir baÅŸqa mütÉ™xÉ™ssis da Abdullah AÄŸardır.

"İŞİD və İraq" adlı bir kitabın yazıçısı olan Abdullah Ağar, ən son 2014-cü ildə İraqdan ayrılmış köhnə bir zabitdir.

Ağar İŞİD-in bu hərəkəti niyə boynuna götürmədiyi sualına, "boynuna götürməməyi lazım olduğu üçün boynuna götürmür. Bunun altını çox-çox cümləylə doldura bilər. Bunlar istərsə təbii. Hər şey ola bilər. Terror təşkilatları bizim bildiyimiz ordu nizamıyla çalışan strukturlar deyil ki" deyə cavab verir.

Ağar ayrıca İŞİD-in həm Suriyada, həm İraqda bir çox qrupla, Rusiyayla və ABŞ liderliyindəki koalisiya qüvvələrinin hava hücumlarıyla döyüşdüyünü xatırladır.

Ağar bütün bunlar nəzərə alındığında Türkiyədəki bir hücumu boynuna götürməyi seçim etməyə biləcəyini ifadə edərək "İŞİD niyə bunu ortaya töküb bəyan edib Türkiyəni üstünə çəkmək istəsin?" sualını soruşur.

İŞİD-in ümumiyyətlə etdiyi hərəkətləri boynuna götürən bir təşkilat olduğunu vurğulayan Ağar, boynuna götürməməyinin də təşkilat baxımından faydaları ola biləcəyinə işarə edir: "Baş verənləri boynuna götürməyərək bir xaosa da səbəb verir. 'Kim etdi' sualı yaranır? Qəbul etdiyi zaman iş asanlaşır, amma qəbul etmədiyi zaman çətinləşdirir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO