Litvalı 3 saat buzun içində oturdu – YENİ REKORD - VİDEO

Hazırda oxunan: Litvalı 3 saat buzun içində oturdu – YENİ REKORD - VİDEO

43487

Litvalı kişi buz qutusunda üç saat qalıb və xəstəxanaya düşüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiyanın “Sputnik Live” Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, nəticədə Valeryan Romanovski 3 saat 1 dəqiqə ilə yeni dünya rekordu vuraraq Ginnesin Rekordlar Kitabına düşüb.

Performans Vilnüs şəhərinin mərkəzində nümayiş olunub. Kişi yoldan keçənlərin qarşısında insan bədəninin qabiliyyətlərini nümayiş etdirib, bundan sonra onu həkimlər xəstəxanaya aparıblar.

Əvvəlki "buzun içində qalmaq" nailiyyəti fransız Romen Vandendorpa məxsus olub. 2020-ci ildə o, 2,5 saat buz vannasında oturub. Hazırda onların hər ikisi sağdır və soyuq qışda Avropanın enerji böhranına hazırlaşırlar.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO