FHN Türkiyədə istilik elektrik stansiyalarını mühafizəyə götürdü - VİDEO

Hazırda oxunan: FHN Türkiyədə istilik elektrik stansiyalarını mühafizəyə götürdü - VİDEO

31355

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını mühafizəyə götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. 

Qeyd olunub ki, Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında (İES) yanğına səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın amfibiya təyyarəsi Türkiyəyə çatdı


Bununla əlaqədar Azərbaycan Respublikası FHN-in Türkiyədə olan yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını bu gün səhər saatlarında söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb.

Qeyd edilib ki, hər iki istilik elektrik stansiyasının bölgənin elektrik enerjisi ilə təchizatında oynadığı strateji rolu nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb.

Bununla əlaqədar FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini, general-leytenant Etibar Mirzəyev stansiyaların yanğına qarşı etibarlı mühafizəsinin təşkili məqsədilə yerli məsul vəzifəli şəxslərlə görüşərək göstərilən istiqamətdə fikir mübadiləsi aparıb, atılacaq qabaqlayıcı addımlar müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO