“Avro-2020”də gözlənilməz hadisə - FOTO-VİDEO

“Avro-2020”də gözlənilməz hadisə - FOTO-VİDEO

Hazırda oxunan: “Avro-2020”də gözlənilməz hadisə - FOTO-VİDEO
25006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avro-2020-nin F qrupunda ötən gecə keçirilən Fransa - Almaniya oyunundan (1:0) əvvəl gözlənilməz hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, Münhendə keçirilən görüşün start fitindən bir qədər əvvəl azarkeşlərdən biri paraşütlə meydana enib. Nəticədə fanatlardan bir neçəsi xəsarət alıb və onlara tibbi yardım edilib.

Məlum olub ki, bu aksiya əvvəlcədən planlaşdırılıb. Paraşütün üzərində “Kick out oil. Greenpeace” sözləri yazılıb (Neftdən canınızı qurtarın. Qrinpis).

Bu mesaj isə “Avro-2020”nin sporsorlarından olan “Volksvagen” şirkətinə yönəlib və bununla ətraf mühitin çirklənməsinə etiraz bildirilib . Paraşütlə stadiona enən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəlcə bu uçuş səmada gözəl görsənib. Heç kim nəyin baş verdiyini anlamayıb. Paraşütçü meydana enərkən diktor komandaların heyətini elan edirmiş.

Qəflətən o, hörümçək-kameraya toxunub, sonra koordinasiyanı itirib. Paraşütün bəzi hissələri azarkeşlərin üzərinə düşüb. Futboçulardan xəsarət alan olmayıb.

UEFA-dan bildirilib ki, hadisə ilə ila əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Bizim.Media
 



“Avro-2020”də gözlənilməz hadisə - FOTO-VİDEO - foto 1
“Avro-2020”də gözlənilməz hadisə - FOTO-VİDEO - foto 2
“Avro-2020”də gözlənilməz hadisə - FOTO-VİDEO - foto 3
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO