Mədəniyyət xadimlərinə orden və medallar təqdim olundu - Milli Xalça Muzeyində

Hazırda oxunan: Mədəniyyət xadimlərinə orden və medallar təqdim olundu - Milli Xalça Muzeyində

76144

Mayın 25-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

“Mədəniyyət xalq üçün ən vacib strateji sahədir. Onu dərin bur məfhum kimi görürürk. Biz mədəniyyətin cəmiyyətin inkişafına təsirini artırmalıyıq. Mədəniyyət bizim üçün təkcə əyləncə deyil, həm də təhlükəsizlikdir. Bu insanlar mədəniyyət sahəsinin əsgərləridir. Hər biri öz sahəsində önəmli fəaliyyətlə, mədəniyyətin inkişafı ilə məşğuldur. Mədəniyyətsiz cəmiyyət güclü və möhkəm ola bilməz”, deyə o, qeyd edib.

Nazir bütün mədəniyyət və incəsənət xadimlərini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və müstəqilliyimizin qorunmasında mədəniyyətin böyük rolu olduğunu vurğulayıb.
Daha sonra Anar Kərimov orden və medalları sahiblərinə təqdim edib.

Mükafata layiq görülənlər çıxışlarında ölkə rəhbərliyinə yaradıcılıqlarına göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO