Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilib - FOTO

Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilib - FOTO

Hazırda oxunan: Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilib - FOTO

610167
Fransanın paytaxtı Parisdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycanlı sənətkarların rəsm sərgisinin açılış mərasimi keçirilib.
 
Bu barədə Moderator.az-a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Bildirilib ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının, İnkişaf edən Millətlər Assosiasiyasının dəstəyi və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən sərgi Parisin 5-ci rayon meriyasının tərkibində fəaliyyət göstərən Latın Məhəlləsinin İcma həyatı və Vətəndaş Evində baş tutub.
 
Sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid, Yeganə Hüseynova, Milana Kamıyeva, Nərminə Vəliyeva, Səidə Faqala-Haqverdi, Aysel Mirqasımova, Leyla Əliyeva, Elnarə Səfərova, Rəna Əmrahova, Yeganə Əsədova və azərbaycanlı fotoqraf Maya Bağırovanın əsərləri nümayiş etdirilib.
 
Sərgi martın 18-dək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO