Nəsibə Zeynalovanın Qarabağla bağlı ARZULARI – NƏVƏSİ DANIŞDI

Hazırda oxunan: Nəsibə Zeynalovanın Qarabağla bağlı ARZULARI – NƏVƏSİ DANIŞDI

18468

“Nənəm Nəsibə Zeynalova I Qarabağ müharibəsində yaralı əsgərlərlə görüşüb, onlar üçün  tamaşalar da nümayiş etdirib. Hətta Ağdama kimi də gedib. Onun qarabağlı tamaşaçılarına arzusu məhz öz yurd-yuvalarında  gülüşü ilə sevindirmək olub”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artistinin nəvəsi Nəsibə Novruzova deyib.

“Əfsuslar olsun ki, bu arzunun yerinə yetməsi ona qismət olmadı. Amma biz əminik ki, Nəsibə xanım haqq dünyasında xalqımız üçün şaddır, çünki biz qələbəmizi qazandıq. Azərbaycan dünyada öz sözünü dedi. İstərdim ki, Şuşada Nəsibə Zeynalovanın büstü və ya heykəli hazırlansın, Qarabağda onun da izi qalsın”,- deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 105-cü ildönümü tamam olur.

O, 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb. Atası Kərbəlayı Cahangir də Bakıda anadan olub, tanınmış tacir və eyni zamanda aktyor olub.

Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.

O, 1918-ci ildə vəfat edib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO