xa0 Axar.az ustad kamançanın məzəli söhbətlərindən bir neçəsini təqdim edir: xa0
xa0***xa0
xa0 Habil Əliyev İrana səfərə gedir. Anşlaqlı konsert və tamaşaçıların böyük sevgisindən sonra bir nəfər yorğun-arğın sənətkarı israrla qonaq aparır. Qonaqlıq mərasimi uzanır və Bakıdan gedən qrup ev yiyəsinin tükənməz sevgisini dinləyəsi olurlar. Yorğun olmalarına baxmayaraq, heç kəs ev sahibinin bu qədər sevgisinin qarşısında heç nə deyə bilmir. xa0xa0
Ev sahibinin sözünün şirin yerində Habil Əliyev dillənir: xa0
xa0- Qardaş, sən neçənci ildənsən?xa0
xa0 Təbrizli deyir: xa0xa0
- 1367-ci ildənəm, baba! xa0 Habil Əliyev özünü xeyli təəcüblənmiş göstərib deyir:xa0
xa0 - Maşallah, çox yaxşı qalmısan”¦ xa0xa0
*** xa0xa0
Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim, nolub? xa0xa0
Nazim Ağayev gileylənir: xa0
xa0- Həkimdən gəlirəm. Dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir. xa0 Habil Əliyev deyir: xa0 - Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə! xa0
xa0*** xa0xa0
xa0Habil Əliyev günün birində xəstəxanadan evə qayıdır. Məhəlləyə çatanda kəkələyən pəltək qonşusu qabağına çıxır. Qonşusu sənətkardan nədən şikayətləndiyini soruşur.xa0
xa0Habil prostatında problem olduğunu deyir.
xa0Qonşusu bu xəstəliyin nə olduğunu anlamır. Habil ha izah edir ki, prostat xəstəliyi nədir, qonşusu başa düşmür.xa0
Axırda izahdan yorulan Habil Əliyev deyir: xa0
xa0- Ay qonşu, bax, sən necə danışırsansa, mən də elə peşov edirəm. xa0
xa0***xa0
xa0 Habil Əliyev Lütfiyar İmanovu rayonların birində toy məclisinə göndərir, ona qarşılığında yüksək məbləğdə zəhmət haqqı veriləcəyini söyləyir. İmanov rayona çatanda deyilən ünvana gedir. xa0 Məlum olur ki, nə toy var, nə dəvət. Bunun Habilin bir zarafatı olduğunu başa düşüb kor-peşman Bakıya qayıdır. Flarmoniyada Habili görən kimi ona tərəf yüyürür ki, ürəyini boşaltsın. xa0 Habil cəld aradan çıxıb özünü bayıra atır, taksiyə oturur. İşıqforda taksiyə çatan Lütfiyar maşının sürücü olan pəncərəsinə özünü yetirir və yazılası mümkün olmayan “ürək sözlərini”x9d deyir. xa0 Habil Lütfiyarın ürəyini tamam boşaltmasını gözləyir, sonra isə ona aid deyilmiş kimi sakitcə sürücüyə tərəf dönüb deyir: xa0 - Qardaş, sizin nə pis zarafatınız var”¦

































































































