Dünyanın ən yaxşı smartfonu açıqlandı

Dünyanın ən yaxşı smartfonu açıqlandı

Hazırda oxunan: Dünyanın ən yaxşı smartfonu açıqlandı

209671
2017-ci ilin yekununa görə, ən çox satılan smartfonların siyahısı tərtib edilib. “Canalys” analitik şirkəti tərəfindən hazırlanan siyahının birinci pilləsinə adı qalmaqallardan açılmayan "Əpl" şirkəti liderlik edir.

“iPhone X” dünyada ən çox satılan smartfon seçilib. “Əpl” şirkəti ötən ilin son rübündə 29 milyon “iPhone X” smartfonu tədarük edib.

Amerikalı analitik Ben Stenton şirkətin müəyyən dövrdə problem yaşadığını desə də, sonradan vəziyyəti ələ almağı bacardıqlarını qeyd edib:

"Əpl" noyabrın əvvəlində tədarüklə bağlı problem yaşadı. Lakin, noyabr ayının sonu və dekabrın əvvəllərində böyük istehsal artımına nail olub. Bu, şirkətə rübün sonuna yaxın bazar tələbatını təmin etməyə və hətta yüksəltməyə kömək edib".
Bahalı “iPhone X” smartfonunun yüksək populyarlığı iki amillə əsaslandırılır: kreditlərə asan müraciət və köhnə qurğuların dəyişdirilməsi proqramları. Belə ki, köhnə “iPhone” qurğusunun sahibi öz qurğusunu “Əpl” şirkətinə təhvil verərək yeni qurğu üçün endirim əldə etmək imkanına malikdir.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO