1980-90-cı illərdə bütün insanları ram edən  məşhur seriallar-  MARAQLI

1980-90-cı illərdə bütün insanları ram edən məşhur seriallar- MARAQLI

Hazırda oxunan: 1980-90-cı illərdə bütün insanları ram edən məşhur seriallar- MARAQLI

195990


Moderator.az 1980-90-cı illərdə hamının böyük maraqla izlədiyi tele-seriallardan bir neçəsini təqdim edir. O zaman bu seriallar bütün az qala, bütün insanları ekran-başına cəm etmişdi:

“Santa-Barbara" -Serial 1984-cü ildə ekranlara çıxıb, 1993-cü ildə yekunlaşıb. “Santa-Barbara”x9d 2137 seriyadan ibarət olub, davamlılığı 66 gün 18 saat 45 dəqiqə çəkib. Kaliforniyanın kiçik şəhəri Santa-Barbarada yaşayan 4 ailənin ətrafinda baş verənlərdən bəhs edən serialda hadisələr Kapvellərin böyük oğlu Channingin qətli ilə başlayır.

Serial ana vətəni Amerikadan daha çox bəlkə də, Rusiyada sevilir və izlənirdi. Bunun da özünəməxsus səbəbləri var idi. o zamanın tamaşaçısını cəlb etmək elə də çətin deyildi. Buna intiriqalı hadisələr, səngiməyən həyəcan, romantik sevgi və zəngin insanların yaşayış tərzinin təsviri əlavə olunması isə izləyicilərin marağına səbəb olurdu . Santa-Barbara”x9dnın ər-arvad cütlüyü olan ssenaristləri doğru zamanda düzgün biznes qurmuşdular... Həmvətənlərimiz bu uzunömürlü seriyalı yəqin ki, unutsunlar...

“Baharın on yeddi anı”x9d - Rejissoru Tatyana Lioznova olan “Baharın on yeddi anı”x9d çoxseriyalı filmdir. Yulian Semyonovun eyniadlı romanı əsasında çəkilib və 12 seriyadan ibarətdir. Film premyeradan sonra o qədər məşhurlaşdı ki, növbəti nümayiş 3 aydan sonra oldu. Filmin Sovet televiziyasında ilk nümayişindən sonra rejissorxa0 tamaşaçılardan 12 kisə məktub alıb. Filmdəki hadisələr İkinci dünya müharibəsində Almaniyanın təslim olmasına az qalmış 1945-ci ilin 12 fevralından 24 martına qədər olan günləri əhatə edir. Filmin baş qəhrəmanı ştandartenfürer Maks Otto fon Ştirlis sovet kəşfiyyatçısıdır və SD mərkəzi aparatında işləyir. Ona Reyxin rəhbərlərindən kimin ABŞ və Böyük Britaniyanın müvəqqəti sülhü ilə bağlı birtərəfli danışıqlar aparmasını tapmaq tapşırığı verilir. Film RSFSR Dövlət Mükafatı ilə təltif olunub.xa0 xa0

“Çalıquşu”x9d ”“ 1986-cı ildə ekranlaşdırılan və cəmi 7 bölümdən ibarət olan “Çalıquşu”x9d Azərbaycanda həqiqətən də bir partlayışa səbəbxa0 oldu. Bu yerli auditoriyanın gördüyü ilk türk serialı idi. Osman Sedenin quruluş verdiyi,Aydan Şenerin isə əlavə rəng qatdığı serial yeni versiyalarının çəkilməsinə baxmayaraq bu gün sevilir.

“Mehriban düşmən”x9d ”“ Ekranlara yol açan ilk latın Amerikası seriallarından biri... İstər paytaxtda, istər əyalətlərdə özünə xeyli tamaşaçı kütləsi qazandıra bildi. Hətta o zaman elektrikin olmadığı kəndlərdə məxsusi olaraq bu seriala baxmaq üçün evlərə bir-bir generatorlar alınırdı. 1995-ci ildə Venesuelada istehsal olunan “Mehriban düşmən”x9d 1997-ci ildə Aztv-də nümayiş olundu.xa0 Maraqlı süjet xətti Azərbaycan tamaşaçısını öz sehtinə sala bildi:xa0xa0
Burada xanım qəhərman Viktoriya Anduessa gözəl, imkanlı xanımdır. Onun atası turizm şirkətlərindən birinə rəhbərlik etməklə,Viktoriyanın İtaliyada tətildə olduğu müddətdə bir neçə saxta maliyyə əməliyyatı nəticəsində şirkətə məxsus milyonlarla pulları "oğurlayır."
Şirkətin əməkdaşlarından olan Hulio Sesar Gerrero isə, bütün bu olanlardan xəbər tutur və şirkətin mənafeyini düşünərək, bu haqda direktorlar şurasına məlumat verir.Yaranmış böyük qalmaqaldan sonra, Viktoriyanın atası yatağa düşür və tezliklə dünyasını dəyişir.
Bütün olanlardan, atasının səhvlərindən xəbərsiz olan Viktoriya isə Huliodan qisas almaq qərarına gəlir və özünü ona sevdirməyə başlayır.İstəyinə nail olur lakin qarşı tərəfə əzab verdiyi anda özünün də ona aşiq olduğunu anlayır.xa0xa0

“Qvadalupe”x9d -xa0 yerli tamaşaçıların “Mehriban düşmən”x9din təsirindən ayrılmadığı zamanda 1998-ci ildə ekranlara daha bir teleserialxa0 “Qvadalupe”x9dxa0 qədəm basdı. Bu Venesuella məhsulu da insanları öz təsirinə sala bildi. Süjet isə sırfxa0 Latın Amerikasına xas olan süjet idi: burada da Alfredo adlı vəkil Qvadalupe adlı zəngin ailəyə aid qızla sevgilidir. Lakin hər iki tərəfdən buna mane olmaq istəyənlər var ki, bütün serial bu konfliktin üzərində qurulur.xa0 xa0xa0

“İtkin gəlin”x9d ”“ sıra gəldi yerli məhsulumuz olan teleseriallara. Əslində bizim yerli məhsullar teleserial yox çoxseriyalı bədii film xarakterli idi. Bunların ilk nümunəsi isə 1994-cü ildə rejissor Lütfi Məmmədbəyov tərəfindən çəkilən “İtkin gəlin”x9ddir. 12 seriyalı film dövlət televiziyasında partlayışla qarşılandı. Məleykə Əsədova və Elşən Rüstəmovun baş rolda çıxış etdiyi ekran əsərini çox güman bu gün də xatırlayanlar az deyil.xa0xa0

“Ünvansız qız”x9d ”“ 1997-ci ildə rejissor Rövşən Almuradlı tərəfindən ekranlaşdırılan çoxseriyalı televiziya filmi 6 bölümdən ibarət idi. Tamaşaçılar bunu bir növ “İtkin gəlin”x9din davamı olaraq izləməyə başladılar.xa0 Burada kənddən şəhərə gələn qızın acı tayeindən söz açılır.xa0xa0

Hazırladı: Elminxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO