Günümüzdə həm telefon, həm də mini kompyuter (tablet) kimi istifadə edəcəyimiz ikisi birində telefonlar mövcuddur. Xüsusilə Samsungun Galaxy Not seriyasından olan telefonları bu məqsədlə daha çox istifadə edirik.
Moderator.az xəbər verir ki, Samsung şirkəti bu sahədə daha bir yenilik etmək niyyətindədir.
Belə ki, şirkət tərəfindən irəli sürülən maraqlı və tam yeni layihəyə əsasən qarşıdakı illərdə həm ağıllı
saat, həm telefon, həm də tablet olan üçü birində telefonlar istehsal olunacaq.
Samsung bu yeni
layihəsində olduqca iddialıdır. Bu layihənin həyata keçirilməsi üçün uzun zaman
gərək olsa da, şirkət tərəfindən artıq işlərə başlanıldığı haqqında
məlumat verilib.
Yəni,
cibimizə, çantamıza qoymaqdansa, qolumuza bağlayacağımız, lazım olanda da mini kompyuter kimi istifadə edə biləcəyimi bir telefona sahib olmaq şansımız heç də
uzaqda deyil.
Yeni cihazın
formasının isə necə olacağı hələ tam açıqlanmayıb. Sadəcə bildirib ki, cihaz
tam bükülə bilən ekrandan ibarət olacaq. Maili vəziyyətdə tutulduqda telefon
kimi, düz tutulduqda isə tablet kimi istifadə ediləcək.
Zəhra







































































































