Nazilə Səfərli canlı efirdə qohumunu biabır etdi : "Paxıl, xain" – VİDEO 

Hazırda oxunan: Nazilə Səfərli canlı efirdə qohumunu biabır etdi : "Paxıl, xain" – VİDEO 

75778

Bir neçə həftə əvvəl oğlu Nurlana təmtəraqlı və dəbdəbəli toy məclisi quran şairə Nazilə Səfərli açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.  

Bizim.Media xəbər verir ki, “Zaurla Günaydın” səhər şousunda ailəlikcə qonaq olan şairə qohumu haqqında qalmaqallı ifadələr işlədib.  

Nazilənin “Səfərli ailəsində bir nəfər paxıl, xain atamın xalası oğludur” deməsi studiyada əyləşən atası və bibilərinin sərt reaksiyasına səbəb olub.  

Onlar Səfərli “Qoy deyim də. O, başımıza oyun açdı” söyləməsinə qarşı çıxaraq, bu haqda danışmamasını istəyiblər.

Proqramın aparıcısı Zaur Baxşəliyev aranı sakitləşdirmək üçün “Bunlar nəsillikcə xatadırlar. Bahar qalx ayağa, mahnını ifa et” - deyə, verilişdə qonaq olan müğənni Bahar Lətifqızına müraciət edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO