Sərxan bu dəfə də Vüsaləyə söz atdı: "Böyük hərflərlə aparıcı deyil" - VİDEO

Hazırda oxunan: Sərxan bu dəfə də Vüsaləyə söz atdı: "Böyük hərflərlə aparıcı deyil" - VİDEO

74384

Bir müddət əvvəl aktyor Sərxan Kərəmoğlunun aparıcı Vüsalə Kərimova haqda söylədiyi, "Vüsalə Kərimova şou aparıcısı deyil. Mən onu cılız şou verilişlərində görmək istəmirəm. Vüsalə gözəl və fenomen jurnalistdir. Amma böyük hərflərlə Vüsalə aparıcı deyil" sözlərinə qarşı tərəf biganə qalmayıb.

Bizim.Media xəbər verir ki, Vüsalə Kərimova "MTV maqazin" verilişində aktyorun ittihamlarına cavab verib.

"Sərxanın söylədiyi, "Böyük hərflərlə Vüsalə aparıcı deyil" fikrində yəqin o, televiziya yox, toy aparıcılığını nəzərdə tutub. Əgər belədirsə, bəli, mən toy aparıcısı ola bilmərəm. Amma mənim böyük hərflərlə televiziya aparıcısı olduğumu Sərxan Kərəmoğlu deyə bilməz. Ona uyğun deyil o söz. Sərxan mənə haradasa toy aparıcısı olaraq qiymət qoya bilər, çünki o, məndən əvvəl toy məclisləri aparan bir insandır", - deyə V.Kərimova bildirib.

Qeyd edək ki, Sərxan Kərəmoğlu efirlərdə "at oynadan" bir sıra şou aparıcılarını tənqid edib.

Vüsalə Əlizadəyə toz basmış arxivləri yenidən gündəmə gətirməkdə, Zaur Kamala isə, "Zaur hozudur" söyləyərək yeni qalmaqalın təməlini qoyub.

Rəşad Əliyev Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO