Nadir Qafarzadə bu fotoya görə üzr istədi: “Bu, mənim qələtimdir”

Hazırda oxunan: Nadir Qafarzadə bu fotoya görə üzr istədi: “Bu, mənim qələtimdir”

35277

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə yayılan səmimi görüntülərinə görə üzr istəyib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda danışan Nadir izləyicilıərindən üzr istəyib və həmin görüntülər çəkilən zaman sərxoş olduğunu etiraf edib:

“Mən artıq bu videonu paylaşmaq məcburiyyətində qaldım. Ola bilər ki, ad günü məclisinə qatılmışam, bir az içki qəbul etmişdim. Lakin o cür hərəkət mənə yaraşmırdı, etməməli idim. Özümü o cür aparmaq mənə yaraşmırdı, çünki hər zaman çalışmışam ki, başqalarına nümunə olum. Oldu, amma bir də belə şeylər olmayacaq, yəqin ki, məni anlayarsınız. Utanıram, xəcalət çəkirəm. Bu da mənim səhvlərimdən biri idi. Çox üzr istəyirəm, ümid edirəm məni bağışlayarsınız. Çox utanıram. Bu mənim səhvimdir, qələtimdir”.

Qeyd edək ki, Ayan sözügedən görüntüləri sosial şəbəkə hesabından silib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO